Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib


20:25     27 Dekabr 2021 21_12_27_1640618175.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb, 560 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 614 936 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 658 nəfər müalicə olunaraq sağalıb, 8 308 nəfər vəfat edib. 10 970 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 482, bu günə qədər isə ümumilikdə 5 824 190 test icra olunub.

Açar sözlər:

Oxunub: 362