Rusiyada qəza enişi edən helikopter tapılıb, ölən var


10:44     28 Dekabr 2021 21_12_28_1640669625.jpg

Rusiyanın Udmurtiya Respublikasında qəza enişi edən helikopter tapılıb.

Femida.az xəbər verir ki, bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov bildirib.

“Xilasedicilər qəza enişi edən və göyərtəsində iki nəfərin olduğu helikopteri aşkar ediblər. Təəssüf ki, ekipaj üzvlərindən biri həlak olub. Digər şəxsə hazırda bütün lazımi köməklik göstərilir”, - deyə Aleksandr Breçalov vurğulayıb.

Qeyd edək ki, hadisə ötən gün Bakı vaxtı ilə saat 15:00 radələrində Udmurtiyanın Yakşur-Bodinski bölgəsində qeydə alınıb. Helikopter neft kəmərinə baxış keçirirdi.

Açar sözlər:

Oxunub: 609