Prezident İlham Əliyev Rusiyaya səfərə gedib


11:58     28 Dekabr 2021 21_12_28_1640678344.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gedib.

Femida.az xəbər verir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlətimizin başçısını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.

Açar sözlər:

Oxunub: 1350