Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb


12:03     28 Dekabr 2021 21_12_28_1640678644.jpg

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov altıncı çağırış Ali Məclisin altıncı sessiyasının çağırılması haqqında qərar imzalayıb.

Femida.az xəbər verir ki, qərara əsasən, sessiya 2021-ci il dekabr ayının 29-da saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.

Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib:

1. 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial - iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsinin təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi

5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

8. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı.

Açar sözlər:

Oxunub: 484