Təhsil nazirinin müşaviri işdən çıxarılıb, yeni vəzifəyə təyin olunub


12:14     28 Dekabr 2021 21_12_28_1640679309.jpg

Təhsil nazirinin müşaviri işdən çıxarıılıb, yeni vəzifəyə təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, nazirin müşaviri Ülkər Səttarova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Agentlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yeni sədr Ü.Səttarova bu gündən işinin icrasına başlayıb.

Nazirin digər əmri ilə Agentliyin keçmiş sədri Eldar Orucov Təhsil Nazirliyinə təyinat alıb. Belə ki, E.Orucov nazirlikdə Aparat rəhbərinin müavini təyin edilib.

Açar sözlər:

Oxunub: 792