Əli Həsənovun bacanağının 36 milyon manatlıq əmlakı müsadirə edilib
12:47 28 Dekabr 2021
Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun bacanağının müsadirə edilən əmlakının siyahısı məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Həsənovun cinayət işi üzrə təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti, 23 ev ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə olunub.
Məlumata görə, bu əmlak Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb. Daha sonra əmlakın üzərinə həbs qoyulub. Məhkəmə isə əmlakın müsadirə edilməsi ilə bağlı hökm çıxarıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Vəliyevə şərti cəza verilib.
Oxunub: 712
Oxşar xəbərlər
- Əliyevlə Ərdoğan açılışa qatıldı
- Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeni dəyişikliklər var?
- Əli Əsədov Gürcüstanın xarici işlər naziri ilə görüşüb
- Əlillərə pulsuz dərman verən tibb müəssisələrinin siyahısı təsdiqlənib
- Əli Əsədov Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
- Əli Həsənovun oğlunun Vüqar Səfərlinin məhkəməsinə çağırılması ilə bağlı qərar açıqlanıb
- Əli Hüseynli oktyabrın 18-nin qeyri-iş günü elan olunmamasının səbəbini açıqlayıb
- Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb
- Əlimərdan bəy Topçubaşovun nəvəsi vəfat edib
- Əlilliyi olan bəzi şəxslər avtomobili nömrəsiz idarə edir - DYP