Azərbaycan UNESCO-nun irs siyahısına salınması üçün müraciət edəcəyi sahələri açıqlayıb


14:22     28 Dekabr 2021 21_12_28_1640682608.jpg

Azərbaycan “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na salınması üçün müraciət edəcəyi sahələri açıqlayıb

Femida.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, gələn il UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na salınması məqsədilə bir neçə maddi-mədəniyyət nümunələri üzrə müraciət ediləcək: "Bunlar "İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı", "Sədəf sənəti", "Pəhləvan, ənənəvi zorxana oyunları və idman növləri", "Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı", "Çay mədəniyyəti", "Balaban sənətkarlığı və ifaçılıq sənətləridir".

Açar sözlər:

Oxunub: 450