Baş Prokurorluq daha bir qrup sosial media istifadəçilərinə xəbərdarlıq edib


18:48     28 Dekabr 2021 Prokurorluq%20yen%20%20070714.jpg

Baş Prokurorluq daha bir qrup sosial media istifadəçilərinə xəbərdarlıq edib.

Qurumun Mətbuat Xidmətindən Femida.az- daxil olan xəbərdarlıqda deyilir:

"Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən sosial media platformalarında konkret faktlara əsaslanmayan müxtəlif qərəzli məlumatları sensasiya naminə yaymaqla qeyd edilən qanunun 13-2-ci maddəsinin tələblərini pozan Yusubov Bəxtiyar Yusub oğlu, Günəşli Seymur Şirbala oğlu, İsmayılov Bəxtiyar Qafqaz oğlu, Namazov Mahir Nadir oğlu və Əzizov Musa Mazan oğluna “Prokurorluq haqqında” Azərbaycan qanununun 22-ci maddəsinə əsasən xəbərdarlıq elan edilib.

Azərbaycan Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməklə, dəqiqləşdirilməmiş və təhrif olunan məlumatların ictimailəşməsindən çəkinməyə çağırmaqla, qadağan edilən, eləcə də cəmiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da ən ciddi tədbirlərin görüləcəyini onların diqqətinə çatdırır".

Açar sözlər:

Oxunub: 461