Həmkəndlisini güllələyən şəxsin məhkəməsi başlayır


11:00     29 Dekabr 2021 21_12_29_1640761227.jpg

Kürdəmirdə həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Vurğun Mehtiyevin məhkəməsi başlayır.

Femida.az -ın xəbərinə görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Aqil Musayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 2022-ci il yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyulun 30-da Kürdəmirin Dayıkazımlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəmnində həmkəndlisi Bəhmən Bəhlul oğlu Hümmətovu ov tüfəngi ilə vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

B.Hümmətovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.

Açar sözlər:

Oxunub: 694