Həmkəndlisini güllələyən şəxsin məhkəməsi başlayır
11:00 29 Dekabr 2021
Kürdəmirdə həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Vurğun Mehtiyevin məhkəməsi başlayır.
Femida.az -ın xəbərinə görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Aqil Musayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası 2022-ci il yanvarın 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il iyulun 30-da Kürdəmirin Dayıkazımlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəmnində həmkəndlisi Bəhmən Bəhlul oğlu Hümmətovu ov tüfəngi ilə vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
B.Hümmətovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.
Oxunub: 695
Oxşar xəbərlər
- Həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
- Həmkəndlisini güllələyərək öldürdü
- Həmkəndlisini bıçaqlayan gəncin məhkəməsi başlayıb
- Həmkəndlisini sifətindən bıçaqladı
- Həmkəndlisini bıçaqladı
- Həmkəndlisini bıçaqlayan Ağcəbədi sakini saxlanıldı
- Həmkəndlisini rüsvay edəcəyi ilə qorxudub 1000 manat aldı
- Həmkəndlisinin maşınını oğurladı
- Həmkəndlisini bıçaqladı - Biləsuvarda
- Həmkəndlisinin evini yaran şəxs tutulub