Bakıda gənci bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb


11:33     29 Dekabr 2021 21_12_29_1640761519.jpg

Bakıda qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Əli Mərdanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az -ın xəbərinə görə, işə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu il sentyabrın 18-də Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Ə.Mərdanov 1995-ci il təvəllüdlü Xankişiyev Ağaxan Rövşən oğlunu “Qobu Park” adlanan yaşayış kompleksinin ərazisində mübahisə zəminində bıçaqlayıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub.

Ə.Mərdanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Açar sözlər:

Oxunub: 1320