Abşeronda avtomobil 21 yaşlı gənci vurub


12:47     29 Dekabr 2021 21_12_29_1640763182.jpg

Abşeronda avtomobil 21 yaşlı gənci vurub.

Hadisə Xırdalan şəhərində qeydə alınıb. Rəsul adlı iyirmi bir yaşlı gənci (soyadı dəqiqləşdirilir-red) avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağının sınığı və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 434