Şirvanda yataqxanada yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib, 30 nəfər təxliyə edilib


13:49     29 Dekabr 2021 21_12_29_1640764314.jpg

Şirvanda yataqxanada baş verən yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.

Bu barədə Femida.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, şəhərdə beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan bir otağın yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, 30 nəfər sakin təhlükəsiz əraziyə təxliyə edilib.

Qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 422