Alimlər "omikron"un insana daha bir mənfi təsirini aşkarlayıblar
14:15 29 Dekabr 2021
Britaniyalı alimlər "omikron"un insana daha bir mənfi təsirini aşkarlayıblar.
Femida.az xəbər verir ki, bu barədə “Express” nəşri COVID-19 xəstələrinin simptomlarını izləyən ZOE tətbiqinin hesabatına istinadən məlumat yayıb.
Araşdırmaya görə, koronavirusun əvvəlki ştamlarından fərqli olaraq, "omikron" yaddaş və düşüncədə problemlər yaradır.
Alimlər bu problemlərin tənəffüs, qan dövranı, ifrazat və bədənin digər sistemlərinin zədələnməsi nəticəsində yarandığını irəli sürürlər.
“Çay və ya qəhvə arasında seçim etmək kimi sadə görünən qərarlar bəzi insanlar üçün çaşqınlıq yarada bilər, digərlərində isə yaddaşla bağlı qısamüddətli və ya uzunmüddətli problemlər ola bilər”, - tədqiqatda deyilir.
Daha əvvəl bildirilirdi ki, "omikron" ştamı olan xəstələrdə əzələ ağrıları sağaldıqdan sonra bir il ərzində davam edə bilər.
Oxunub: 768
Oxşar xəbərlər
- Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər
- Alimlər koronavirusla mübarizədə kömək edə biləcək gözlənilməz vasitəni aşkarlayıblar
- Alimlər peyvənd edilmiş insanların da delta ştamını yaydığını üzə çıxarıblar
- Alimlər dözülməz istilərin yaxınlaşması ilə bağlı xəbərdarlıq ediblər
- Alimlər koronavirusun uzunmüddətli fəsadlarını aşkarlayıblar
- Alimlər koronavirusun sağlamlıq üçün daha bir təhlükəsini müəyyənləşdiriblər
- Alimlər: Koronavirusa yoluxmuş uşaqlarda insult inkişaf edə bilər
- Alimlər: Dünyada koronavirusdan da təhlükəli pandemiya olacaq
- Alimlər COVID-19 ilə mübarizə üçün effektiv maddə əldə edib
- Alimlər koronavirusun yeni yarımnövünü aşkarladılar