Şamaxı və Qaxda pirotexniki vasitələr satan şəxslər saxlanılıb


12:11     30 Dekabr 2021 21_12_30_1640849358.jpg

Şamaxı və Qaxda ərzaq mağazasında pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, rayonun Şəhriyar qəsəbəsində Aydın Qurbanovun işlətdiyi mağazada gizli şəkildə pirotexniki vasitələr satılması barədə məlumat daxil olub.

Obyektə baxış zamanı oradan partlayıcı və tezalışan maddələr aşkarlanaraq götürülüb.

Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəhər sakini Bəkir Əmişov saxlanılıb. Onun fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Hər iki şəxs barəsində protokollar tərtib olunub və baxılması üçün rayon məhkəmələrinə göndərilib.

Açar sözlər:

Oxunub: 783