Ötən gün toylara görə 3 nəfər cərimələnib, 44 nəfər şənliyə buraxılmayıb


12:32     30 Dekabr 2021 21_12_30_1640849562.jpg

Ötən gün Azərbaycanda toylara görə 3 nəfər cərimələnib, 44 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, dekabrın 29-da DİN, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 187 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Nəticədə toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 44 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Açar sözlər:

Oxunub: 700