Şabranda pirotexniki vasitələr satan şəxs saxlanılıb


11:14     31 Dekabr 2021 2021/12/81ad1f91-3457-3989-b26b-7b2ef8c28013_850_1640934946.jpg

Şabranda pirotexniki vasitələr satan şəxs saxlanılıb
Şabranda pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanılıb

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Şabran Rayon Polis şöbəsinin əməkdaşlarının rayon ərazisində tədbir keçirib. Nəticədə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən Şabran rayon sakini Elmar Musayev saxlanılıb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Qeyd ki, Daxili İşlər Orqanları tərəfindən bundan sonra da məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər barəsində ciddi tədbirlər görüləcək.

Açar sözlər:

Oxunub: 655