Ağdamda ekskavator minaya düşüb


16:10     31 Dekabr 2021 21_12_31_1640952617.jpg

Dekabrın 29-da Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskavator ilə sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədovun tank əleyhinə minaya düşüb.

Bu barədə "Report"a Ağdam Rayon Prokurorluğundan məlumat verilib.

Nəticədə ekskavatora ziyan dəyib, sürücü hər hansı xəsarət almayıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1195