Bakıdan Cəlilabadda qanunsuz ov etməyə gedən şəxslər saxlanılıb


17:21     31 Dekabr 2021 21_12_31_1640956885.jpg

Cəlilabadda qanunsuz ov edən Bakı sakinləri saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Bakı şəhər sakinləri N.Qasımov və E.Fətəliyev saxlanılıblar.

Onlardan 1 ədəd “Hatsan” markalı, 1 ədəd “Turac” markalı ov silahları və qanunsuz olaraq ovlanmış çöl heyvanları aşkarlanıb.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 628