Salyanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var


18:20     31 Dekabr 2021 21_12_31_1640958634.jpg

Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən və Kür çayı üzərində yerləşən körpüdə qeydə alınıb.

Belə ki, “VAZ-2107”, “VAZ-21015” və “Raf” markalı minik avtomobilləri toqquşub. Nəticədə Salyan sakinləri, 1997-ci il təvəllüdlü Fərəcov Samir Eldar oğlu, 1967-ci il təvəllüdlü Əliyev İmran Ağaş oğlu və 1987-ci il təvəllüdlü Rzayev Müşfiq Kərim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 679