Bakıda yaşayış binasında yanğın baş verib


19:13     31 Dekabr 2021 21_12_31_1640963647.jpg

Bakıda yaşayış binasında yanğın baş verib.

Femida.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Cavadxan küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 614