Lənkəran sakini bədbəxt hadisə nəticəsində ölüb


19:55     31 Dekabr 2021 21_12_31_1640964546.jpg

Lənkəran sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Darquba kəndi ərazisində baş verib. Belə ki, 1968-ci il təvəllüdlü Babayev Baloğlan Güloğlan oğlu agac kəsərkən başından ciddi xəsarət alıb.

Yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 747