Hacıqabulda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var


12:31     01 Yanvar 2022 22_01_01_1641022288.jpg

Hacıqabul rayonunda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Şirvan şəhəri ilə Hacıqabul rayonu ərazisinin kəsişdiyi körpüdə qeydə alınıb.

İlkin məlumata görə, zəncirvari qəza zamanı 20 maşın toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 4 nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 623