Rəşad Nəbiyev: "AZAL və “Azərbaycan Dəmir Yolları” üçün bu il vacib il olacaq"
13:56 01 Yanvar 2022
“Bu il həm “Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün, həm də Azərbaycan Dəmir Yolları “QSC üçün vacib il olacaq".
Femida.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “İctimai TV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu şirkətlərdə transformasiya ofislərinin yaradılması planlaşdırılır".
Nazir bildirib ki, artıq yanvardan etibarən bu işlər planlaşdırılacaq: "Əhalini ən çox maraqlandıran suallardan biri “Azərbaycan Hava Yolları”nın, eyni zamanda “Azərbaycan Dəmir Yolları”nın effektiv işləmələridir. Qeyd edim ki, xarici məsləhətçi şirkətlər tərəfindən həmin qurumların növbəti beş il üçün strategiyaları və strategiyalarından irəli gələrək Tədbirlər Planı hazırlanıb. Transformasiya ofisinin əsas vəzifəsi bu strategiyaya uyğun olaraq fəaliyyətin təmin edilməsidir”.
Xatırladaq ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın, həmçinin, “Azərbaycan Dəmir Yolları”nın Müşahidə Şurasının sədridir.
Oxunub: 668
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"