Türkiyədə iki avtomobil toqquşub, 7 nəfər ölüb


14:04     01 Yanvar 2022 22_01_01_1641031515.jpg

Türkiyənin İstanbul şəhərində iki avtomobil toqquşub, 2-si uşaq olmaqla 7 nəfər ölüb.

Femida.az “TRT Haber”ə istinadən xəbər verir ki, meyitlər Aksaray Tədris və Araşdırma Xəstəxanasının morquna aparılıb.

Qəza nəticəsində yolda bir müddət nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1334