Vətəndaşlara ŞAD XƏBƏR: Bu gündən bu sahədə ƏDV-ni geri almaq mümkün olacaq


18:10     01 Yanvar 2022 22_01_01_1641046269.jpg

“Bu gündən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi geri qaytarılacaq”.

Femida.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, vətəndaşlarımız tibb müəssisələrində ödənişlər edən zaman “ƏDV-ni geri al” mexanizmindən istifadə edə biləcəklər:

“Qeyd edək ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.

Əgər vətəndaşımız tibb müəssisəsində 1000 manatlıq ödəniş edibsə, onun ödədiyi ƏDV 180 manatdır. Bu halda həmin vəsaitin 15 faizi, yəni 27 manatı vətəndaşımızın hesabına geri qaytarılacaq.

Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir sıra əməliyyatlarda nağdlı hesablaşmalar 500 manatadək məhdudlaşdırılır. Həmin məbləğdən artıq vəsaitlər yalnız nağdsız şəkildə ödəniləcək. Bu baxımdan, 1000 manatlıq ödəniş yalnız nağdsız olduğu üçün o əməliyyat üzrə 15 faiz geri qaytarma həyata keçiriləcək”.

Açar sözlər:

Oxunub: 791