Neftçalada avtomobil aşıb, xəsarət alanlar var


18:45     01 Yanvar 2022 22_01_01_1641048330.jpg

Neftçalada avtomobil aşıb, xəsarət alanlar var.

Hadisə axşam saatlarında rayonun Qaravəli kəndində qeydə alınıb. Belə ki, minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində rayonun Boyat kənd sakinləri - 2001-ci il təvəllüdlü Mövlayev Əkbər Elman oğlu və 2001-ci il təvəllüdlü Hacıyev Sənan Bəxtiyar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 634