Azərbaycanlı gənc Rusiyada partlayışda ölüb


19:12     01 Yanvar 2022 22_01_01_1641048921.jpg

Azərbaycan vətəndaşı Rusiyada baş verən qaz partlayışı nəticəsində ölüb.

Hadisə İnquşetiya Respublikasında qeydə alınıb.

Belə ki, Qəbələ rayonunun Məmmədağalı kənd sakini, 27 yaşlı İnqilab Nizami oğlu Yaralıyev qaz sızmasından baş verən partlayışda dünyasını dəyişib.

Qeyd edək ki, İ.Yaralıyev İquşetiyada mövsümü işlərlə məşğul olurdu.

Açar sözlər:

Oxunub: 422