Türkiyədə ağır yol qəzasında 16 nəfər xəsarət alıb


09:07     02 Yanvar 2022 22_01_01_1641065853.jpg

Türkiyədə baş verən zəncirvari yol qəzasında 16 nəfər xəsarət alıb.

Bu barədə Femida.az “TRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Ankarada qeydə alınıb. Yeniməhəllə rayonunda avtobus zəncirvari qəzaya səbəb olub. Qeyd edilir ki, avtobus qarşı zolağa keçərək digər avtomobilin üzərinə aşıb. Avtobus habelə digər nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə nəticəsində 16 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Açar sözlər:

Oxunub: 335