ETSN: Yanvarın 2-də gecə və səhər saatlarında dumanlı hava şəraiti davam edəcək


09:30     02 Yanvar 2022 2022/01/hava-duman_1641066838.jpg

Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, inversiya dumanlarının əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir.


Nisbətən yuxarı təbəqədə temperaturun yüksək olması səbəbindən Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olmuşdur.

Bu günlərdə azhərəkətli hava kütləsi, zəif külək duman üçün əlverişli olub.

Yanvarın 2-də gecə və səhər saatlarında da dumanlı hava şəraiti davam edəcək.

Gündüz saatlarından başlayaraq küləyin sürəti artanda duman olmayacaq.

Açar sözlər:

Oxunub: 648