Rusiyada avtobus qəzasında 5 nəfər ölüb


10:59     02 Yanvar 2022 22_01_02_1641106428.jpg

Rusiyanın Ryazan vilayətində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə Femida.az “TASS”a istinadən xəbər verir.

Belə ki, Moskvadan Həştərxan istiqamətində hərəkət edən “Neoplan” müntəzəm avtobusu dəmir yolu körpüsünün dayağına çırpılıb, nəticədə 5 nəfər ölüb, ikisi azyaşlı olmaqla 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtobusda 52 nəfər olub. Xəsarət almayanlar üçün müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb.

Açar sözlər:

Oxunub: 350