Bakıda avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirib


11:18     02 Yanvar 2022 22_01_02_1641107921.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Orxan Orucovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 535