Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb


13:58     02 Yanvar 2022 22_01_02_1641115230.jpg

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan “LADA” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Vaqif Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən V. Məmmədovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.

Açar sözlər:

Oxunub: 514