Türkiyə Silahlı Qüvvələri Suriyada 6 terrorçunu zərərsizləşdirib


14:53     02 Yanvar 2022 22_01_02_1641117255.jpg

Türkiyə Silahlı Qüvvələri “Pinar çeşməsi”, “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatları zonalarında 6 terrorçunu zərərsizləşdirib.

Femida.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Məlumata görə, PKK/YPG terrorçuları Suriyanın şimalında bu əməliyyatların keçirildiyi zonalara daxil olmağa cəhd ediblər.

Türkiyə Silahlı Qüvvələri terrora və terrorçulara qarşı mübarizəni davam etdirir.

Açar sözlər:

Oxunub: 626