Zaqatalada iki nəfəri bıçaqlayan şəxsin cinayət üzrə ibtidai istintaqı başa çatıb
11:02 03 Yanvar 2022
Zaqatalada iki nəfəri bıçaqlamaqda təqsirləndirilən İslam Ömərovun cinayət üzrə ibtidai istintaq başa çatıb.
Femida.az xəbər verir ki, cinayət işi yekunlaşaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Bilal Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasını vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci il oktyabrın 7-də Zaqatalada qeydə alınıb.
Belə ki, İ.Ömərov Aşağı Tala kənd sakinləri - Səfər Zeynalov və Elçin Qaziyevi bıçaqlayıb. Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Ömərov saxlanılaraq istintaqa təhvil verilib.
Oxunub: 1063
Oxşar xəbərlər
- Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
- Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
- Zaqatalada hazırlıq mərkəzinin rəhbəri cərimələnib
- Zaqatalada 23 yaşlı ana doğuşdan sonra ölüb
- Zaqatalada qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib
- Zaqatalada qaydaları pozan 39 sürücü cərimələnib
- Zaqatalada narkotacir tutulub
- Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib
- Zaqatalada qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb
- Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər cərimələnib