Parlamentin komitə iclaslarının vaxtı açıqlanıb


11:44     03 Yanvar 2022 22_01_03_1641193835.jpg

Milli Məclisin yaz sessiyasının komitə iclaslarının keçiriləcəyi vaxt açıqlanıb.

"Report"un əldə etdiyi məlumata görə, yanvarın 17-dən etibarən qanunverici orqanın komitə iclasları başlayır.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Açar sözlər:

Oxunub: 335