İmişlidə ata oğluna tüfəngin qundağı ilə xəsarət yetirib


13:58     03 Yanvar 2022 22_01_03_1641203473.jpg

İmişlidə ata oğluna ov tüfənginin qundağı ilə xəsarət yetirib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Rayon Polis Şöbəsinə yanvarın 2-də şəhər ərazisində yaşayan Y.Rüstəmovun evində xuliqanlıq zəminində oğlunun qol nahiyəsinə ov tüfənginin qundağı ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Y.Rüstəmovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Açar sözlər:

Oxunub: 633