Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayıb


15:39     03 Yanvar 2022 22_01_03_1641209965.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramil Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Femida.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci il oktyabrın 15-də Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü R.Səfərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı həyat yoldaşı, 1984-cü il təvəllüdlü Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

R.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Açar sözlər:

Oxunub: 496