Sabah Bakının Heydər Əliyev prospektində təmizlik işləri görüləcək


16:51     03 Yanvar 2022 22_01_03_1641210691.jpg

Sabah səhər saatlarından Bakının Heydər Əliyev prospektinin Mircəfər Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarları yuyulacaq.

Bu barədə Femida.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

"Sürücülərdən qeyd edilən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə qurum bəyan edib.

Açar sözlər:

Oxunub: 404