“Taliban” silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub
09:11 04 Yanvar 2022
Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub.
Femida.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht-e subh” qəzeti yazıb.
Qəzet iddia edib ki, münaqişə türkmən sərhədçilərin təqsiri üzündən baş verib.
“Üç gün əvvəl Türkmənistanın sərhəd xidmətinin əməkdaşları bir mülki şəxsi öldürüb, digərini isə döyüb. “Taliban” silahlıları insidentin araşdırılması zamanı onların hərəkətlərinə cavab olaraq atəş açıblar”, - Cuzdan əyalətinin informasiya və mədəniyyət şöbəsinin rəhbəri Hilal Balxi bildirib.
Qeyd edilir ki, atışma bu gün - yanvarın 3-də Hamab əyalətində baş verib. Silahlı qarşıdurmada ölənlərin olub-olmadığı hələ məlum deyil.
Oxunub: 590
Oxşar xəbərlər
- “Taliban” qadınlarla bağlı yeni qadağalar qoyub
- “Taliban” İŞİD-in 65 üzvünü əfv edib
- “Taliban” Almaniya ilə diplomatik əlaqə qurmaq istəyir
- “Taliban” Pəncşirin daha 2 bölgəsini nəzarətə aldığını elan edib
- “Taliban” Kabil aeroportuna gedən yolu bağlayıb
- “Taliban”: “31 avqust ABŞ-ın Əfqanıstandan çıxması üçün son tarixdir”
- “Taliban” aksiyaçılara atəş açıb, ölənlər var
- “Taliban”a qoşulan azərbaycanlılar həbs edildi - VİDEO
- “Taliban” ABŞ vertolyotunu vurdu - 2 hərbçi öldü
- “Taliban”la ABŞ arasında razılıq əldə olunub