Abşeronda ana və körpəsi dəm qazından zəhərlənib


10:48     04 Yanvar 2022 22_01_04_1641277595.jpg

Abşeronda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Mahmudova Zəhraxanım Azər qızı və 3 yaşlı övladı Mahmudova Lalə Toğrul qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 333