Bakıda 42 yaşlı kişi özünə bıçaqla ağır xəsarət yetirib


11:48     04 Yanvar 2022 22_01_04_1641278945.jpg

Bakıda intihara cəhd hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb. Xocahəsən qəsəbəsinə 1980-ci il təvəllüdlü Məlikov Rəşad Ağamalik oğlu özünə bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 526