Xəzər rayonunda iki nəfər dəm qazından zəhərlənib


12:12     04 Yanvar 2022 22_01_04_1641279373.jpg

Bakıda iki nəfər dəm qazından zəhərlənib.

Hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsi Bolluq küçəsində yaşayan 2002-ci il təvəllüdlü Salahov Kamal Camal oğlu və “Südçülük” adlanan ərazidə məskunlaşmış 1990-cı il təvəllüdlü Sayadova Aygün Bayram qızı dəm qazından zəhərləniblər.

Zərəçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 535