Bakıda daş karxanasında gənc oğlana 5 bıçaq xəsarəti yetirilib


12:28     04 Yanvar 2022 22_01_04_1641279492.jpg

Bakıda gənc oğlan çoxsaylı bıçaq xəsarətləri alıb

Hadisə Qaradağ rayonunda qeydə alınıb. Rayon ərazisində fəaliyyət göstərən daş karxanalarının birində fəhlə işləyən 1994-cü il təvəllüdlü Nuriyev İsmayıl Ataxan oğlu qohumu ilə mübahisə edib. İ.Nuriyev mübahisə zəminində bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun, üz, dodaq, qulaq və çiyin nahiyələrində 5 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 992