İndiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib
13:02 04 Yanvar 2022
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsait hesabına indiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib.
Məlumata görə, fonda toplanan vəsaitdən öhdəliyə götürülmüş şəxslərin məişət şəraitinin yaxşılaşdırılması üçün 34 185 789,50 manat xərclənib.
Tibbi xərclərin ödənilməsi üçün 12 613 948,01 manat, borc öhdəliklərinin qarşılanması üçün 5 687 318,37 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün isə 707 530,51 manat sərf olunub.
Qeyd edək ki, indiyədək fondda 66 340 818,12 manat toplanıb. Vəsaitin 52 658 087,65 manatı xərclənib.
Vəsaitin qalığı isə 13 682 730,47 manatdır.
Oxunub: 585
Oxşar xəbərlər
- İndiyədək qazi və şəhid ailələrinin 5,5 milyon manatlıq borcları ödənilib
- İndiyədək 2000-ə yaxın qaziyə əlillik təyin edilib
- İndiyədək peyvənd olunanların sayı açıqlandı
- İndiyədək aparılmış koronavirus testlərinin sayı açıqlanıb
- İndiyədək 500-ə yaxın jurnalist vaksinasiyadan keçib
- İndiyədək Azərbaycanın 54, Rusiyanın 2, Ermənistanın 1 vətəndaşı minaya düşüb
- İndiyədək “ASAN xidmət”ə 42 milyon müraciət olub
- İndiyədək ölkə üzrə 62 398 tibb işçisi peyvənd olunub
- İndiyədək şəhid ailələri və Qarabağ əlillərinə 9 minə yaxın ev verilib
- İndiyədək ümumilikdə 114 025 nəfər koronavirusa yoluxub