Azərbaycanda ailə faciəsi: Əri COVID-19-dan ölən qadın intihar etdi


13:37     04 Yanvar 2022 22_01_04_1641281967.jpg

Şəmkir rayonunda qadın intihar edib.

Hadisə Şeyidlər kəndində qeydə alınıb. Kənd sakini, təxminən 55-60 yaşlı Telnaz Əliyeva yaşadığı evin həyətində olan yardımçı tikilidə özünü asıb. Onun psixoloji problemlərinin olduğu bildirilir.

Qeyd edək ki, qadının həyat yoldaşı bir müddət əvvəl koronavirusdan dünyasını dəyişib. O, oğlu ilə birlikdə yaşayırmış.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Report

Açar sözlər:

Oxunub: 385