Azərbaycanda müəllimə qətlə yetirildi


01:21     13 Yanvar 2016 muellime.jpg

Yevlaxda qətl hadisəsi baş verib. Qardaş qısqanclıq zəmnində öz bacısını öldürüb.


Femida.az xəbər verir ki, Yevlax Rayon Prokurorluğundan ans press-ə verilən məlumata görə, hadisə Yevlax şəhərindəki 2 saylı musiqi məktəbinin həyətində qeydə alınıb.

Məktəbdə fortepiano müəlliməsi işləyən 1980-cı il təvəllüdlü Ahu Nadir qızı Hüseynova qardaşı, 1982-ci il təvəllüdlü Veysəl Nadir oğlu Hüseynov tərəfindən bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan qadın hadisə yerindəcə dünyasını dəyişib.

Prokurorluqdan bildirilib ki, hadisəyə səbəb Ahu Hüseynovanın boşanması, boşandıqdan sonra haqqında müəyyən söz-söhbətin dolaşması olub. Qardaşı Nadir Hüseynovun yaranan söz-söhbət xoşuna gəlmədiyi üçün bacısını izləyib və məktəbin həyətində onu öldürüb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qətli törədən qardaş tutularaq istintaqa təhvil verilib.

Əlavə edək ki, öldürülən qadının iki azyaşlı övladı var.

Açar sözlər:

Oxunub: 957