Daşkəsəndə narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb


16:22     04 Yanvar 2022 22_01_04_1641297795.jpg

Daşkəsəndə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü yol nişanının tələbəni pozduğu üçün saxlanılıb.

Həmin nəqliyyat vasitəsini idarə edən Elmar Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən E. Məmmədovun psixotrob vasitədən istifadə etdiyi məlum olub.
Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.

Açar sözlər:

Oxunub: 3530