Göygöldə 33 yaşlı qadın dəm qazından zəhərlənib


18:26     04 Yanvar 2022 22_01_04_1641306458.jpg

Göygöl sakini dəm qazından zəhərlənib.

Hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

1989-cu il təvəllüdlü S.Cəfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 33 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

Açar sözlər:

Oxunub: 598