Ötən gün qanunsuz saxlanılan 10 silah aşkarlanıb


10:44     05 Yanvar 2022 22_01_05_1641363426.jpg

Ötən gün Azərbaycanda qanunsuz 10 silah aşkarlanıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 4-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 333